Modul konstruksiyalar - Ekovillalar, Konteynerlər, Ekobinalar, Yığma poliester kabinalar | Karmod Konteyner | Prefabrik Konteyner ve Kabin

Modul Konstruksiyalar

KARMOD Prefabrik şirketi, modul konstruksiyaların ixtisaslaşdırılmış istehsalçısı olan Türkiyenin en büyük şirketi ve  şirkətinin rəsmi distribyutoru olaraq belə həllərin geniş spektrini təklif edir.
Modul konstruksiyaların əsası – onların montajına müxtəlif konstruktor variantlarında – həm yuxarıya, həm eninə, həm də tağ şəklində – imkan verərək böyük yükə davam gətirən daşıyıcı elementlərin olduğu döşəmə, divar və tavan çərçivələrinin tərtib etdiyi bərk metal qurumdur. Konstruksiyanın növündən asılı olaraq karkasın çərçivələrinin örtüsü betopan lövhələri, sendviç-panellər, sinklənmiş profilli polad təbəqələr və ya profilli polad təbəqə, penoplast bloku və lambirdən ibarət kompozit lövhələr ola bilər.



Betopan – arasında penoplastı olan sement-sellyuloza lövhələrdən ibarət xüsusi texnologiya ilə istehsal edilmiş tikinti materialıdır. Betopanın belə tərkibi ona çox əlverişli istismar keyfiyyətlərini təmin edir və bununla belə o, başqa tikinti materialları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir.

Betopanın fərqləndirici xüsusiyyətləri:

1. istifadənin universallığı – o, müxtəlif təyinatlı obyektlər üçün istifadə edilə bilər;
2. deformasiyalara davamlılığı təmin edən böyük bərklik və etibarlılıq;
3. hazırlayıb işlətmənin asanlığı – material texniki cəhətdən çevikdir;
4. rütubət, od, kif göbələkləri, həşərat və gəmiricilərinin təsirinə davamlılıq;
5. toz, külək və suyu keçirməmə qabiliyyəti – içində köpmə və çürümənin baş verməyəcəyinə zəmanət;
6. yüksək isti-şaxtaya davamlılıq;
7. betopan, onun tərkibinə inşaatda çoxdan bəri isti-səs-buxarkeçirmənin aşağı dərəcəsinə malik ekoloji cəhətdən təmiz və qeyri-toksik isti-səs izolyatoru kimi tanınan penoplastın daxil olduğunun sayəsində yaşayış tikililərinə gözəl yarayan yaxşı istiqoruyucu və səsyatırdan materialdır;
8. asanlıqla daşınır və daşınmaq üçün heç bir xüsusi şərt tələb etmir.

Sendviç-panel – poliuretan kütləsinin örtüldüyü xaricdən müdafiə polimer layı olan profilli sinklənmiş polad təbəqələrdən ibarət yüngül üçqatlı paneldir. Poliuretanın böyük sıxlığı və quruluşca bərkliyinin sayəsində, sendviç-panel – formaca möhkəm və istismar parametrlərinə görə davamlı tikinti materialıdır. O, deformasiyalara və rütubətə yaxşı davam gətirir, istidən genişlənmənin çox aşağı əmsalına malikdir, uzunömürlü və universaldır. Sendviç-panellər montaj üçün çox rahatdır – onlar yüngüldür, birbaşa metal karkasın çərçivələrinə bərkidilir və lazım gəldikdə lap yığma meydançasında panelin əyilməsinə yol verilmədən dəqiq kəsilməsinə imkan verir.

Betopanın əsasında KARMOD şirkəti cürbəcür yığma konstruksiyaları, məsələn müxtəlif layihəli və sahəli yaşayış modul evləri və Ekovillaları təklif edir. Həmçinin, müştərinin istəyinə uyğun olaraq individual layihənin çəkilməsi mümkündür.

Ofis, yaşayış, xidməti, sanitar, duş konteynerləri və həmçinin anqar və anbarlara gəldikdə, KARMOD şirkəti onların karkasının örtülməsinin bir neçə variantını təklif edir: profilli polad təbəqə, penoplast bloku və lambirdən ibarət kompozit lövhə, sendviç-panel və ya sinklənmiş profilli polad təbəqələrlə.

Modul konstruksiyalar

Karmod Prefabrik tikinti modul konstruksiyaları
Tezyığılan binalar

Tezyığılan binalar – yeməkxana, yataqxana, xəstəxana, məktəb, idarə, laboratoriya və sair yaşayış və qeyri-yaşayış təyinatlı ola biləcək müxtəlif sahəsi və mərtəbələrin müxtəlif sayı olan örtülü komfortlu binalarda təcəssüm etdirilmiş universal operativ həlldir. Belə binaların konstruksiyası, zəlzələyə davamlılıq və məntəqə və bölgənin iqlim şəraitləri nəzərə alınmaqla layihələşdirilib təsdiq edilir.

Binaların hündürlüyü – 2,50 m. və 3 m.-dir. Standart lövhələr, hazır və ya müştərinin arzusu ilə çəkilmiş layihələrə əsasən 1,26 m. mislində hesablanır.

Divarların materialı – betopan – arasında penoplast olan sement-sellyuloza lövhələrindən ibarət olan xüsusi tikinti materialıdır.

Modul konstruksiyalar

Karmod Konteynerlər tikinti modul konstruksiyaları
Konteynerlər

Konteynerlər – hazırlıq, tikinti, istehsal və sair işlərə aid olan bir sıra texniki vəzifələrə xidmət edən rahat, mobil və tezyığılan konstruksiyalardır.

Konteyner karkasının örtülməsinin variantları müxtəlifdir – həm profilli polad təbəqə, penoplast bloku və lambirdən ibarət olan kompozit lövhələr, həm sendviç-lövhələr, həm də sinklənmiş polad profilli təbəqələr.

Zərurət olduqda, mərtəbələr arasında pilləkən əlavə edilməklə çoxmərtəbəli konteynerlərin quraşdırılması mümkündür.

KONTEYNERLƏRİN STANDART ÖLÇÜLƏRİ

1.40 м. x 2.40 м.
 2.00 м. x 2.40 м.
 2.00 м. x 3.00 м.
 2.40 м. x 2.40 м.
 3.00 м. x 2.40 м.
 3.00 м. x 3.00 м.
 4.00 м. x 2.40 м.
 4.00 м. x 3.00 м.
 5.00 м. x 2.40 м.
 5.00 м. x 3.00 м.
 6.00 м. x 2.40 м.
 6.00 м. x 3.00 м.
 7.00 м. x 2.40 м.
 7.00 м. x 3.00 м.
 8.00 м. x 2.40 м.
 8.00 м. x 3.00 м.
 9.00 м. x 2.40 м.
 9.00 м. x 3.00 м.
10.00 м. x 2.40 м.
10.00 м. x 3.00 м.
11.00 м. x 2.40 м.
11.00 м. x 3.00 м.
12.00 м. x 2.40 м.
12.00 м. x 3.00 м.
 

Modul konstruksiyalar

Karmod tikinti modul konstruksiyaları
Ekovillalar

Tam hazır şəkildə istifadəyə verilən modul ev və Ekovillaların komplektləşdirilməsi, yaşayış üçün zəruri olan hər nə varsa, hamısını özündə cəmləşdirir: betopan paneldən olan divarlar: bayır divarların eni – 7 sm., iç divarların eni – 5 sm., qipsokartondan düzəldilmiş asma tavan – hündürlüyü – 250 sm., PVX pəncərələr, dəmirdən giriş qapısı və otaqlararası taxta qapılar, daxili elektrik kabelləşdirmə və işıqlandırma, smesitel daxil olmaqla santexnika (ayaqyolu çanağı, su çanağı, duş kabinası üçün altlıq), suaxıdıcı sistemi və damaltı istiqoruyucu material – şüşəli pambıq ilə təchiz olunmuş trapesia şəklində dam.

Müştəri öz hesabına bünövrəni qoyur, konstruksiyanın montajından sonra çəkib bərkitmə və döşəməni örtmə işlərini gördürür, bununla yanaşı divar və damın rəngini seçir.

Modul evlərdən fərqli olaraq Ekovillaların daha zərif layihələri onları villalara az qala bərabər edir – xeyli işıq axınının daxil olmasını təmin edən iri pəncərələr, açıq havada istirahət etmək üçün terras, geniş eyvan və sair.

Modul ev və Ekovillaların sifarişçisi nəticədə aşağıdakıları əldə edir:

1. Rahatlıq cəhətdən ənənəvi evlərdən heç də pis olmayan, materialının keyfiyyətinə vu qurulma sürətinə görə hətta onları üstələyən uzun müddət yaşamaq üçün komfortlu ev.
2. Sonrakı abadlaşdırma üçün əsas – saydinq, üz çəkilmə, döşəmə və sair bayırda və içəridə aparılan bəzi estetik işlər – imkan və təxəyyülün mümkün etdiyi hər bir şey.
3. Şəhərdə və dağ rayonlarında rütubət və zəlzələyə davamlılıq cəhətdən həm vaxt, həm də təcrübə imtahanı keçmiş etibarlı konstruksiya.
4. Cari vəziyyətin tələblərinə cavab verən və maksimum qısa müddətdə öz tam təcəssümünü tapan operativ həlldir.

Modul konstruksiyalar

Karmod Ekobinalar

Yığma poliester kabinalar

Yığma kabina sistemi – müasir daxili dizayna malik olan yüksək texnoloji məhsuldur. Belə kabinalar nəzarət postları, realizasiya məntəqələri, avtoparklardakı mühafizə postları, parklarda, sərgilərdə, çimərliklərdəki müşahidə məntəqələri, polis və hərbi qaravul postları, ayaqyolu, duş, paltar soyunulan yer, tikinti, müəssisə, ofis, anbar, bufet, yeməkxana, restoran, yataqxana və sair kimi istifadə oluna bilər.

Yığma sistemin tərkibinə daxil olan bütün panellər şüşə liflə gücləndirilmiş və cod poliuretan köpüyü hopdurulmuş poliesterdən hazırlanmışdır. Bu tərkibin sayəsində bu sistem əla isti və səs izolyasiyasına malikdir, korroziya və köhnəlmə qorxusu olmadan asanlıqla yuyulur və təmizlənir.

Kabinalar, yerdən minimum 10 sm. hündürlükdə beton meydançanın üstündə montaj edilir və ona polad boltlarla bərkidilir. Pəncərə və qapı çərçivələri – alümindəndır. Pəncərələrin şüşəsı – 5 mm. qalınlığında avtomobil şüşəsindəndir. Elektrik sistemi avtoqoruyucu, rozetka, kabellər və işıqlandırmadan ibarətdir.

Ölçülər    Hündürlük    Sahə    Çəki
1,50 m. x 1,50 m.    2,40 m.    2,25 m2    290 kg
1,50 m. x 2,20 m.    2,40 m.    3,30 m2    395 kg
1,50 m. x 2,70 m.    2,40 m.    4,05 m2    450 kg
2,20 m. x 2,20 m.    2,40 m.    4,84 m2    500 kg
2,70 m. x 2,20 m.    2,40 m.    5,94 m2    550 kg
2,70 m. x 2,70 m.    2,40 m.    7,29 m2    650 kg
2,20 m. x 3,90 m.    2,40 m.    8,58 m2    750 kg
2,70 m. x 3,90 m.    2,40 m.    10,53 m2    800 kg
2,70 m. x 5,10 m.    2,40 m.    13,77 m2    950 kg
2,70 m. x 6,30 m.    2,40 m.    17,01 m2    1300 kg
2,70 m. x 7,50 m.    2,40 m.    20,25 m2    1600 kg
Ayaqyolu və duş poliester kabinaları

Modul sistemə daxil olan bütün panellər şüşə liflə gücləndirilmiş və cod poliuretan köpüyü hopdurulmuş poliesterdən hazırlanmışdır. Bu tərkibin sayəsində bu sistem əla isti və səs izolyasiyasına malikdir, korroziya və köhnəlmə qorxusu olmadan asanlıqla yuyulur və təmizlənir.

Ayaqyolu və duş poliester kabinalarının su və kanalizasiya boruları, kabinanın aşağı hissəsində içəridən qaldırılmış vəziyyətdə olduğuna görə görünmür.

Aksessuarlar qismində istifadə edilən bunlardır: güzgü, su çanağı, Türkiyə və ya Avropa ayaqyolu çanağı, kağız və sabun saxlayacaqları, aspirator. Kabinanın döşəməsi keramika ilə örtülür. Elektrik sistemi avtoqoruyucu, rozetka, kabellər və işıqlandırmadan ibarətdir